Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Azərbaycanda bir yolda hərəkət iki ay qismən məhdudlaşdırılacaq
---

Azərbaycanda bir yolda hərəkət iki ay qismən məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılması barədə hərəkət iştirakçılarına (sürücülərə) müraciət edib.

Oxu.Az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, müraciətdə deyilir ki, Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində (Xıdırlı ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar sabahdan başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma