Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "Telegram" nümayəndələri Cənubi Koreya hakimiyyətindən üzr istəyiblər
---

"Telegram" nümayəndələri Cənubi Koreya hakimiyyətindən üzr istəyiblər

"Telegram" nümayəndələri Cənubi Koreya rəsmilərindən üzr istəyib və platformada yayılan bir neçə cinsi xarakterli videonu siliblər.

Oxu.Az xəbər verir ki, bu barədə TASS Koreya Respublikasının Telekommunikasiya Standartları Komissiyasına istinadən məlumat yayıb.

"Telegram"ın Şərqi Asiya bölməsinin nümayəndəsi komissiyaya rəsmi məktub göndərərək, vəziyyətin inkişafından təəssüfləndiyini bildirib.

Platformanın nümayəndəsi "Telegram"ı istifadəçilər üçün daha da təhlükəsiz etmək üçün komissiya ilə etibarlı münasibət qurmağa hazır olduğunu bildirib.

Platforma həmçinin komissiyanın tələbi ilə 25 açıq-saçıq videonu sildiyini açıqlayıb.

Xatırladaq ki, sentyabrın 2-də Koreya polisi "Telegram"da seksual xarakterli qadağan olunmuş video materialların yayılmasında əlbir olmaqda şübhəli bilinərək daxili ilkin araşdırmaya başlayıb.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma