Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Serj Sarqsyanın kürəkəni ölkəsinə 350 milyon dollar ziyan vurub
---

Serj Sarqsyanın kürəkəni ölkəsinə 350 milyon dollar ziyan vurub

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyan 76 epizod üzrə təqsirli bilinib və onun haqqında cinayət işi açılıb.

Oxu.Az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd olunub ki, Serj Sarqsyanın kürəkəni korrupsiya, rüşvətxorluq, vergidən yayınma, çirkli pulların yuyulması və mənimsəməsi kimi cinayətləri törətməkdə şübhəli bilinir.

İstintaq işində yazılıb ki, Mikael Minasyan törətdiyi cinayət tərkibli əməlləri ilə dövlətə 350 milyon dollar həcmində ziyan vurub. Ümumilikdə iş üzrə 13 nəfər təqsirli bilinib.

Qeyd edək ki, Mikael Minasyan 2013-2018-ci illərdə Ermənistanın Vatikanda səfiri olub.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma