Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » İsrail İranın hücumlarına hazırlaşır: Kritik infrastrukturun gücləndirilməsinə başlandı
---

İsrail İranın hücumlarına hazırlaşır: Kritik infrastrukturun gücləndirilməsinə başlandı

İsrail İrandan hücum riskinin artması səbəbindən kritik infrastrukturu gücləndirməyə başlayıb. Bu barədə Oxu.Az "Bloomberg"ə istinadən bildirir.

Nəşr iddia edir ki, İran və ya onun regiondakı etibarlı qüvvələri tərəfindən artan hücum riski ilə üzləşən İsrail kritik infrastrukturunu şaxələndirir və gücləndirir.

Məlumata görə, İsrail rəsmiləri batareya ilə işləyən sirenləri əldə edib, xilasetmə xidmətləri isə mobil rabitə ilə bağlı problemlər yaranması ehtimalına qarşılıq, peyk telefonları alıblar.

Qeyd edək ki, daha əvvəl İsrailin müdafiə naziri Yoav Qalantın ABŞ-li həmkarı Lloyd Ostinlə söhbət apardığı və söhbət zamanı İranın genişmiqyaslı hücuma hazırlaşdığı məlum olub.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma