Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Bakıda həmyerlisini öldürən əcnəbi cəzasının azaldılmasını istəyir
---

Bakıda həmyerlisini öldürən əcnəbi cəzasının azaldılmasını istəyir

Bakıda qısqanclıq zəminində həmyerlisini öldürməkdə təqsirləndirilən Çin vətəndaşı Yuan Tianqanqın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az xəbər verir ki, Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası avqustun 16-na təyin edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yuan Tianqanq 9 il müddətə azadlıqdan məhrum edilib. Cəzasını çəkdikdən sonra Azərbaycan ərazisini məcburi tərk etməsi ilə bağlı qərar qəbul olunub. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

İttiham aktına əsasən, Bakıya işləmək üçün gələn hər iki Çin vətəndaşı Nizami rayonu Keşlə qəsəbəsi ərazisində yataqxanada yaşayıblar. Yuan Tianqanqın həyat yoldaşı da onlarla bir evdə qalıb. Cari ilin iyulun 14-də Yuan Tianqanq onunla eyni evdə yaşayan tanışı Lianqinin onun arvadı ilə yaxınlıq etmək istədiyini öyrənib. O, qısqanclıq zəminində Lianqinin baş nahiyəsinə dəmir parçası ilə zərbələr endirib. Lianqi hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Yuan Tianqanqa qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma