Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Lökbatan sakinləri NARAZIDIRLAR: "İki ildir içməli su verilmir"
---

Lökbatan sakinləri NARAZIDIRLAR: "İki ildir içməli su verilmir"

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə su problemi yaşanır.

Sakinlərin iddialarına görə, yaşadıqları əraziyə iki ildir ki, içməli su verilmir. Buna görə də, məcburi olaraq suyu maşınlar vasitəsilə alırlar.

Sakinlər deyirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət də ediblər.

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, Lökbatan qəsəbəsində 1-ci massivdən 6-cı massivədək yay aylarında su problemi yaşanır.

Həmin ərazi üçün ayrıca nasos stansiyası da tikilib. İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti tərəfindən generator alınıb və quraşdırılıb.

Son tamamlanma işləri aparılır. Yaxın müddətdə işlər bitdikdən sonra ərazidə suyun verilməsi yaxşılaşdırılacaq.

Ətraflı süjetdə:


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma