Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Çoxlarının istifadə etdiyi proqram kompüterlərdən silinəcək
---

Çoxlarının istifadə etdiyi proqram kompüterlərdən silinəcək

"Microsoft"un 2017-ci ildə təqdim etdiyi "Paint 3D" qrafik redaktorunu istifadədən çıxarmaq niyyəti məlum olub.

Oxu.Az xəbər verir ki, bu barədə ferra.ru məlumat yayıb.

"Paint 3D" artıq "Windows 11"-lə işləyən qurğulara daxil edilməyib, lakin redaktoru hələ də "Microsoft Store" proqram mağazasından yükləmək olar. Lakin noyabrın 4-də bu xidmət də aradan qaldırılacaq.

Eyni zamanda, "Paint 3D" hələ də "Windows 10"da mövcuddur və klassik redaktorda da "Paint 3D"ə keçmək üçün düymə var.

İnsayderlərin fikrincə, "Microsoft"un "Paint 3D"dən qurtulmaq qərarı böyük ehtimalla tətbiqin istifadəçilər arasında populyarlığının aşağı olması ilə bağlıdır. Gözləntilərin əksinə olaraq, bu proqram klassik "Paint"in yerini tuta bilməyib.



Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma