Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Bakıya sürücüsüz taksilər gətirilib?
---

Bakıya sürücüsüz taksilər gətirilib?

Bakıya sürücüsüz taksilərin gətirildiyi iddia olunur.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü paylaşılıb.

Sözügedən videogörüntü sosial şəbəkə istifadəçilərinin çaşqınlığına səbəb olub. Çünki bir çoxları sürücüsüz taksi fikrinə avtomobilin üzərindəki avadanlıqlara əsasən inanıblar.

Oxu.Az-ın əldə etdiyi məlumata görə isə sürücüsüz taksi kimi təqdim olunan avtomobilin üzərindəki bu cür avadanlıqlar, adətən, xəritəçəkmədə istifadə olunur.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən görüntülərdəki avtomobil taksi kimi qeydiyyatdan keçməyib.

Əzizə İsmayılova

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma