Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Türkiyədə yaşayan azərbaycanlı aktrisadan arzuladığı kişi ilə bağlı açıqlama: "Ən sürətli kimdirsə"
---

Türkiyədə yaşayan azərbaycanlı aktrisadan arzuladığı kişi ilə bağlı açıqlama: "Ən sürətli kimdirsə"

Türkiyədə yaşayan məşhur türkiyəli aktrisa Nəsrin Cavadzadə kişilərdə axtardığı əsas meyardan danışıb.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

"Küçük ağa", "Bizim hikaye", "Aşk tesadüfleri sever-2", "Yasak elma", "Üç kuruş", "Şahane hayatım" kimi seriallarda rol alan aktrisa İstanbulun Beykoz rayonunda görüntülənib.

"Tam bir fırıldaqçı kimisiniz. Gözəl sözlərinizlə məni müsahibə verməyə razı saldınız", - deyə o, jurnalistlərlə zarafatlaşıb.

Çölə çıxarkən tez hazırlaşdığını deyən Nəsrin Cavadzadə bütün ömrünün kişiləri gözləməklə keçdiyini deyib.

"Bu mövzuda heç səbrim yoxdur, 10 dəqiqəyə hazır oluram. Amma təəssüf ki, ömrüm kişiləri gözləməklə keçir. Kişilər məndən çox müddətə hazırlaşırlar. Ən tez hazırlaşan kişi kimdirsə, o, həyatımda ola bilər. Ən sürətlisini gözləyirəm", - deyə aktrisa gülərək bildirib.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma