Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Parlament seçkisində iştirak üçün 1508 nəfər müraciət edib
---

Parlament seçkisində iştirak üçün 1508 nəfər müraciət edib

"Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkidə iştirak üçün 1 508 nəfər müraciət edib. Onlardan 1 462 nəfərin namizədliyi təsdiqlənib".

Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.

Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən 26 siyasi partiyanın 25-i seçkidə iştirak edəcək:

"Deputatlığa namizədliyini irəli sürənlərdən 1 420 nəfəri imza vərəqəsini alıb, 1 197 nəfər isə imza vərəqələrini qaytarıb, 1 030 nəfərdən çox şəxsin deputatlığa namizədliyi qeydə alınıb".


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma