Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Bu yolda hərəkət məhdudlaşdırılır
---

Bu yolda hərəkət məhdudlaşdırılır

Bakı şəhəri Zərifə Əliyeva küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

BiG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, 31 iyul saat 09:00-dan etibarən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma