Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Əfəndiyevlə tələbələri azadlığa çıxdılar
---

Əfəndiyevlə tələbələri azadlığa çıxdılar

MMA və Qrapplinq Federasiyasının xuliqanlığa görə 6 ay azadlıqdan məhrum edilmiş qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov və Rüfət Əsədov həbsdən azad ediliblər.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, idmançılara təyin edilmiş 6 aylıq həbs cəzası bu gün başa çatıb, onlar istintaq təcridxanasından azadlığa buraxılıblar. İdmançılarla birgə həbs edilmiş Vüqar Kərəmov isə 6 gün sonra azadlığa buraxılacaq.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Səbail rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birində baş verib. İttihama görə, idmançılar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən dava düşüb. Davada idmançı Həsən Əzizov döyülüb.

Hadisəyə görə Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədovla birgə Tofiq Musayev də təqsirli bilinib. Ona cərimə cəzası verilib.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma