Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Xəyanətə görə canına qıyan Vüsalənin intiharında yeni DETALLAR
---

Xəyanətə görə canına qıyan Vüsalənin intiharında yeni DETALLAR

Ötən gün Bakıda özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar edən Vüsalə Dadaşova ilə bağlı yeni məlumatlar yayılıb.

Bu barədə Globalinfo.az-a danışan V.Dadaşovanın qohumları bildiriblər ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət ediblər.

Mərhumun yaxını Arzu Əliyeva isə qeyd edib ki, Vüsalə Dadaşovanın öldüyü gün onu dərhal dəfn ediblər:

"Ekspertizaya icazə verməyiblər. Uşaqlarına da öyrədiblər ki, analarının pəncərəni silərkən yıxılıb öldüyünü desinlər. Atası yaşlı və çarəsizdir, kömək edəni yoxdur".

Qeyd edək ki, 1984-cü il təvəllüdlü V.Dadaşova ərinin onu yaxın rəfiqəsi ilə aldatdığını öyrənib. Münasibətdən xəbər tutan çarəsiz qadın isə çıxış yolunu intiharda görüb. O özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma