Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Ağadadaş Ağayevi döyən mühafizəçi saxlanıldı
---

Ağadadaş Ağayevi döyən mühafizəçi saxlanıldı

Xalq artisti Ağadadaş Ağayevi döyən "Medera" xəstəxanasının mühafizəçisi saxlanılıb.

Bu barədə DİN-dən məlumat verilib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, xalq artisti, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən, az öncə isə qulağından əməliyyat olunan 68 yaşlı Ağadadaş Ağayev bu gün səhər saatlarında özünü pis hiss etdiyi üçün "Medera" klinikasının mühafizəçisindən evinə həkim göndərməsini xahiş edib. Mühafizəçi isə həkim çağırmaqdan imtina edib və mübahisə yaranıb. Daha sonra əlbəyaxa dava olub və mühafizəçi Ağadadaş Ağayevi qəddarcasına döyüb.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma