Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin MƏKTUBU TAPILDI - YENİLƏNİB/FOTO/VİDEO
---

11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin MƏKTUBU TAPILDI - YENİLƏNİB/FOTO/VİDEO

Göygöl rayonunun Toğanalı kəndinin meşə zolağında sevgilisi ilə meyiti tapılan 1996-cı il təvəllüdlü Yasin İbrahimov özünə qəsd etməmişdən əvvəl məktub yazıb.

Bu barədə onun atası "Səni Axtarıram" verilişində bildirib.

"Ata, məni bağışla! Bir səhv idi, oldu. Özünə korluq vermə" cümləsi yazılmışdı. Məktubu da mənə oğlumun şəxsiyyət vəsiqəsi ilə birlikdə prokurorluq orqanlarında verdilər".

Ətraflı süjetdə:

***23.59

Göygöl rayonunun Toğanalı kəndinin meşə zolağında sevgilisi ilə meyiti tapılan 1996-cı il təvəllüdlü Yasin İbrahimovun və 1985-ci il təvəllüdlü Esmira Mamedovanın görüntüləri yayılıb.

Oxu.Az həmin fotoları təqdim edir:

11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin MƏKTUBU TAPILDI - YENİLƏNİB/FOTO/VİDEO

***21.57

Göygöl rayonunun Toğanalı kəndinin meşə zolağında sevgilisi ilə meyiti tapılan Yasin İbrahimovun yaxınları Baku TV-yə danışıblar.

Mərhumun atasının sözlərinə görə, oğlu intihar etməzdən öncə onlara bu barədə məlumat verib:

"Sonuncu dəfə qardaşım oğluna zəng edib. Deyib ki, məni bağışlayın, özümü öldürəcəyəm. Birlikdə intihar etdiyi qızla münasibəti barədə bilirdik".

Qeyd edək ki, Y.İbrahimov sevgilisi, Xocalı rayon sakini, 1985-ci il təvəllüdlü Esmira Əhliman qızı Mamedova ilə birgə Göygöl rayonunun Toğanalı kəndinin meşə zolağında özlərini asaraq canlarına qəsd ediblər. Göygöl Rayon Polis İdarəsinin əməkdaşları onların meyitlərinin qalıqlarını aşkarlayıblar.

Ətraflı Baku TV-nin süjetində:


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma