Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » İlahiyyat İnstitutunun rektoru: "Aşurada insanlar qan verməklə bir can xilas edirlər"
---

İlahiyyat İnstitutunun rektoru: "Aşurada insanlar qan verməklə bir can xilas edirlər"

"Ənənəvi olaraq artıq illərdir ki, Aşura gününün mahiyyətinə uyğun olaraq qanvermə aksiyaları keçirilir. Çünki o vaxt İmam Hüseyn və onun tərəfdarları, ailə fərdləri də öz qanlarını verərək zülmə qarşı çıxıblar".

Oxu.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Aşura günü ilə bağlı institutda keçirilən qanvermə aksiyasında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sözügedən ənənəni insanların bu gün də davam etdirməsi müsbət haldır:

İlahiyyat İnstitutunun rektoru: "Aşurada insanlar qan verməklə bir can xilas edirlər"

"Qan verməklə bir can xilas edirlər. Qanvermə aksiyasında çoxsaylı insanlar iştirak edirlər. Səhər saatları olmasına baxmayaraq, artıq izdiham yaşanır. İslam dünyasının müəyyən yerlərinə nəzər yetirsək, görərik ki, insanlar özlərinə zəncir vurur, əziyyət edirlər. Lakin bu, dində qəbul edilən hal deyil. Azərbaycan xalqı Aşuranı bu günü daha sağlam, sivil qaydada qeyd edir. Ümid edirəm ki, bu cür aksiyaların sayı gələcəkdə daha da artacaq".

Könül Cəfərli

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma