Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Afinada futbol azarkeşləri arasında atışma olub
---

Afinada futbol azarkeşləri arasında atışma olub

Afinanın mərkəzində futbol azarkeşlərinin atəşə tutulması nəticəsində 3 nəfər yaralanıb, 72 nəfər isə həbs edilib.

Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, insident "Panatinaikos" stadionunun yaxınlığında, eyniadlı klubunun AEK-lə oyunundan əvvəl baş verib.

Polisinin qərargahı yaxınlığında rəqib komandaları alqışlayan azarkeşlər qrupları arasında toqquşma olub.

Qarşıdurma nəticəsində 38 yaşlı azarkeş ayağından odlu silahla yaralanıb, 22 yaşlı şəxsin qarnına kəsici alətlə zərbələr endirilib. 25 yaşlı gənc isə döyülərək xəstəxanaya aparılıb.

Zərərçəkənlərin həyatı üçün təhlükə olmadığı qeyd edilir.

Hadisəni yerində araşdırma aparılır.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma