Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Aşura mərasimi hansı məscidlərdə keçiriləcək?
---

Aşura mərasimi hansı məscidlərdə keçiriləcək?

Aşura günü paytaxtda fəaliyyət göstərən bütün ibadət evlərində (məscidlərdə) mərasimlər keçiriləcək.

Sonxeber.az xəbər verir ki, bu barədə Oxu.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin dekanı, ilahiyyatçı alim hacı Fuad Nurullayev deyib.

O bildirib ki, regionların da əksəriyyətində Aşura mərasimi hər il keçirilir:

"Regionda yerləşən ibadət evlərində də sakinlər qaydalara uyğun olaraq Kərbəla şəhidlərinin əziz xatirəsini yad edəcəklər".

Qeyd edək ki, hicri-qəməri təqvimi ilə 1445-cü il başa çatıb, yeni 1446-cı ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimlə 2024-cü il iyul ayının 7-nə təsadüf edib. Aşura günü isə iyul ayının 16-da olacaq.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma