Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » İranda keçirilən seçkilər zamanı 20 təxribat və kiberhücumların qarşısı alınıb
---

İranda keçirilən seçkilər zamanı 20 təxribat və kiberhücumların qarşısı alınıb

İranda keçirilən prezident seçkiləri zamanı ən azı 20 təxribat və çoxsaylı kiberhücumların qarşısı alınıb.

"Report" ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur bildirib.

Onun sözlərinə görə, seçkilərin birinci turu zamanı çoxsaylı kiberhücumlar da dəf edilib:

"Düşmən və onun ölkə daxilindəki agentləri fiber-optik rabitə xətlərini kəsərək seçki prosesini pozmağa çox cəhdlər ediblər, 20-yə yaxın təxribat aktı qeydə alınıb. Onlardan 9-u rabitənin kəsilməsinə səbəb olub. Bütün problemlər ən qısa müddətdə dərhal aradan qaldırılıb".


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma