Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Duzlu yemək şəkər yaradırmış - Mütəxəssisdən XƏBƏRDARLIQ
---

Duzlu yemək şəkər yaradırmış - Mütəxəssisdən XƏBƏRDARLIQ

"Duzlu yemək şəkərli diabetin 2-ci növ riskini artırır".

Bu barədə Tuleyn Universiteti (ABŞ) İctimai Səhiyyə Məktəbinin qidalanma mütəxəssisi Lu Tsi xəbərdarlıq edib.

Tsi gözlənilməz risk faktoru barədə 400 min pasiyentin 12 illik müşahidəsi zamanı öyrəndiyini bildirib.

Məlum olub ki, hazır yeməkləri həmişə duzlayan insanlarda xəstəlik riski heç vaxt duzlamayanlara nisbətən 40% yüksəkdir.

"Duzun istehlakının azaldılmasının ürək-damar xəstəlikləri və hipertoniya riskini azaltdığını çoxları bilir, lakin yeni tədqiqat göstərir ki, əgər duzqabını özünüzdən uzaqlaşdırsanız, bu, həm də 2-ci növ şəkərli diabetin qarşısını almağa kömək edəcək", - deyə həkim bildirib.

Tsi duzun necə diabet yaratdığının səbəbinin hələ bilinmədiyini vurğulayıb. Onun fikrincə, bu məsələ əlavə tədqiqatlar tələb edir.

Mənbə: Gazeta.ru


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma