Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Təyyarədə hadisə; sərnişin polisi dişlədi
---

Təyyarədə hadisə; sərnişin polisi dişlədi

"British Airways" şirkətinə məxsus təyyarədə qadın sərnişinin qalmaqal salması nəticəsində bir neçə polis əməkdaşı yaralanıb.

Lent.az xəbər verir ki, hadisə Lanzarotedən Qatvikə uçan təyyarənin göyərtəsində baş verib. Havaya qalxmazdan əvvəl təyyarənin kapitanı göyərtədə iki sərxoş qadının dava-dalaş saldığını bildirib.

Hadisə yerinə gələn polis kabinəni tərk etməyi tələb edib və sərnişinlərdən biri könülsüz və qəzəbli şəkildə hamıya hücum edərək bortdan düşüb. Digər britaniyalı qadın heç yerə getməmək üçün biletin pulunu ödədiyini deyib. Daha sonnra qadın polislərdən birinin üstünə cumaraq onun qolunu dişləyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının səylərinə baxmayaraq, britaniyalı qadını sakitləşdirmək mümkün olmayıb. O, yenidən başqa polislərin üstünə hücum çəkib onları da zədələyib.

Sonda isə polis əməkdaşları onun əllərini qandallayıb təyyarədən düşürüblər.



Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma