Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Estoniya Ukraynaya qoşun göndərir?
---

Estoniya Ukraynaya qoşun göndərir?

"Estoniya öz qoşunlarının Ukraynaya göndərilməsi məsələsini müzakirə etməyə hazırdır".

Bu sözləri "RBC-Ukrayna" nəşrinə müsahibəsində Estoniyanın Kiyevdəki səfiri Anneli Kolk deyib.

Onun sözlərinə görə, Ukraynaya hərbçilərin göndərilməsi Estoniya üçün qırmızı xətt deyil.

"Biz NATO və ya Avropa İttifaqından ümumi mövqe gözləyirik və bizim liderlərimiz, xüsusilə də Müdafiə Nazirliyini nəzərdə tuturam, bunu müzakirə edirlər və bu yaxınlarda dedilər ki, bizim üçün qeyri-mümkün heç nə yoxdur", - deyə Anneli Kolk qeyd edib.

Xatırladaq ki, daha əvvəl Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirmişdi ki, son iki ildə respublika əvvəlki 30 ildə olduğundan daha çox mərmi alıb.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma