Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Əməkdar və Xalq artistləri dövlətdən hər ay nə qədər təqaüd alır?
---

Əməkdar və Xalq artistləri dövlətdən hər ay nə qədər təqaüd alır?

Azərbaycanda 4888 nəfər fəxri ada görə təqaüd alır.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən ilin əvvəlinə görə, "Xalq" fəxri adına görə 263 nəfər 200 manat təqaüd alır.

"Əməkdar" fəxri adına görə isə ölkədə 4625 nəfər 150 manat təqaüd alır.

Müqayisə üçün qeyd edək ki, ötən il 4843 nəfər (265 nəfər "Xalq", 4578 nəfər "Əməkdar") fəxri adlara görə təqaüd kəsilib. Müvafiq olaraq təqaüdlər 150 və 100 manat olub.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma