Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Ötən ay dünyada "ən isti mart" kimi qeydə alınıb
---

Ötən ay dünyada "ən isti mart" kimi qeydə alınıb

Avropa İttifaqının (Aİ) Kopernik peyk izləmə sistemi tərəfindən aparılan ölçmələrə görə, keçən ayın dünyada indiyə qədər qeydə alınan "ən isti mart" olduğu bildirilir.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, keçən ayın orta səth hava istiliyi 14,14 dərəcə olaraq ölçülüb.

Açıqlamada, bu ölçünün yanvar ayı üçün 1991-2020-ci illərin orta göstəricisindən 0,73 dərəcə, 2020-ci ildə qeydə alınan əvvəlki ən isti mart ayından isə 0,10 dərəcə yuxarı olduğu qeyd olunub.

Bildirilib ki, ötən mart dünyada indiyə qədər qeydə alınan "ən isti mart" olub və son 10 ay ardıcıl olaraq qeydə alınan ən isti ay olaraq tarixə düşüb.

Son 12 ayda (2023-cü ilin aprel - 2024-cü ilin mart ayları) qlobal orta temperaturun 1991-2020-ci illərin orta göstəricisindən 0,70 dərəcə yüksək olduğu bildirilib.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma