Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » ABŞ Maliyyə Nazirliyi Çinlə aparılan danışıqlara münasibət bildirib
---

ABŞ Maliyyə Nazirliyi Çinlə aparılan danışıqlara münasibət bildirib

"Çətin danışıqları aparmaq bacarığı iki iqtisadi fövqəldövləti sabitlik təməli üzərində yerləşdirdi".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen Çinin baş naziri Li Çianla görüşü zamanı bildirib.

"Son bir il ərzində biz ikitərəfli əlaqələrimizi daha stabil əsaslara qoymuşuq" deyən Yellen bunun fərqlərin nəzərə alınmaması və ya həssas mövzuların gündəmə gətirilməməsi demək olmadığını vurğulayıb. O qeyd edib ki, tərəflər tərəqqiyə yalnız açıq, birbaşa ünsiyyət vasitəsilə nail ola biləcəyini başa düşürlər.

Nazir Amerika hakimiyyətinin elektromobil, günəş panelləri və digər oxşar məhsulların istehsalında "ÇXR-in həddindən artıq gücü" təhlükəsi ilə bağlı narahatlığından danışıb. O, Vaşinqton və Pekini mürəkkəb münasibətlərini məsuliyyətlə idarə etməyə çağırıb.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma