Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Çay paketlərindən əbədi imtina üçün yaxşı bir səbəb
---

Çay paketlərindən əbədi imtina üçün yaxşı bir səbəb

Çay paketləri dəmləndikdə yüz milyonlarla plastik nanohissəciklər buraxdığı üçün risk yaradır. Bu maddələr qanda, qaraciyərdə və böyrəklərdə toplanır.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə , Dövlət Təhsil Universiteti fiziologiya, insan ekologiyası və biotibbi biliklər kafedrasının dosenti, fizioloq Alexander Sozıkin xəbərdarlıq edib.

Həkimin bildirdiyinə görə, dəmləmə zamanı çay paketlərindən mikroplastiklər ayrılır ki, onlar yüksək temperatura məruz qaldıqda parçalanaraq süni nanohissəciklər əmələ gətirir. Əgər siz tez-tez belə çay dəmləyirsinizsə, o zaman, Sozıkinə görə, nanohissəciklər insanın qanında, qaraciyərində və böyrəklərində toplanır. Gələcəkdə bu, xərçəngə səbəb ola bilər.

Həkim yarpaqlı və ya dənəvər çayın lehinə belə çaydan imtina etməyi şiddətlə tövsiyə edir.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma