Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » “22 yaşlı sevgilim var” - Xalq artisti
---

“22 yaşlı sevgilim var” - Xalq artisti

Yubiley tədbirinə hazırlaşan Xalq artisti Naibə Allahverdiyeva Lent.az-a maraqlı açıqlama verib.

“22 yaşlı sevgilim var. “Romeo və Cülyetta” da mən Cülyetta, o Romeo oynayır. Gərək səhnədə onunla həmyaşıd görünmək üçün çevik olam, ayağımın ağrılarını unutmaq üçün dərman içib səhnəyə çıxıram”,- deyə o qeyd edib.

Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi “Gerçəkləşməyən arzular” adlı tamaşada aktrisa 4 rol ifa edəcək. Çox hərəkətli səhnələrlə zəngin olan  bu tamaşada Naibə Allahverdiyeva sözün həqiqi mənasında əziyyət çəkir.

“Həkimlərimizin səhvinə görə, mənim ayaqlarımda ömürlük problem yarandı. Əməliyyat etdirsəm, şikəst qalacam. Ağrısız  günüm olmur. Ağrılar bütün bədənimə yayılıb. O qədər dərman içirəm, bütün orqanlarım sıradan çıxır. Amma işimin öhdəsindən gəlməliyəm, işləməliyəm, ona görə hər əziyyətə qatlaşıram. Ömrümdə hələ bu qədər həyəcanlı olmamışdım, sanki ilk dəfə səhnəyə çıxacam”,-  aktrisa vurğulayıb.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma