Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Bu ev bitkiləri sizi zəhərləyə bilər
---

Bu ev bitkiləri sizi zəhərləyə bilər

Havalar soyuyanda bir çox bitkilər var ki, onları evimizdə, pəncərələrin önündə yerləşdirməli oluruq. Evimizə gətirdiyimiz bu gözəl canlılar nə qədər məsumdur?


May.az bu dəfə bizi tədricən zəhərləyən, evdə bəslədiyimiz çiçəklər haqda məlumat verəcək.


Difenbahya

Difenbahya gözəl rəngli və cəlbedici yarpaqlarına sahib olmasına baxmayaraq, zəhərlənməyə səbəb olan əsas bitkilərdən biridir. Difenbahya bitkisi ağızda qabarcıqlara, ishala, ürək bulanmasına və qusmağa, ağızda və boğazda yanma hissi, şişlik və ağrıya səbəb ola bilər.


Paşa qılıncı


Xalq arasında "ilan bitkisi" kimi tanınan “Paşa qılıncı” ev dekorasiyasında istifadə olunan qapalı məkan bitkisidir. Buna görünüşünə görə üstünlük verilsə də, zərərli təsirlərini unutmamaq lazımdır. Bitki mədə bulantısı, qusma və ishala səbəb ola bilər. Xüsusilə ev heyvanlarınızı “Paşa qılıncı”dan uzaq tutun.


Aloe vera


Aloe vera bitkisinin bu siyahıda olması sizi təəccübləndirəcək. Çünki bu bitki adətən ən yaxşı gözəllik və baxım məhsullarının tərkibində yer alır. Amma elm adamlarına görə, tərkibində ishal, allergiya və böyrək problemlərinə səbəb ola biləcək maddələr var.


Mariqold


Demək olar ki, hər evdə rast gələ biləcəyiniz, gözəl görünüşü ilə tez-tez üstünlük verilən mariqoldun məsum olmadığını bilirdinizmi? Mariqoldun şirəsi dəridə səpgilər yaradır.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma