Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Bir çoxunun sevdiyi şaurmanın FAYDALARI
---

Bir çoxunun sevdiyi şaurmanın FAYDALARI

Hər kəsin çox sevdiyi “fast food” növü olan şaurmanın gözlənilməz faydaları ortaya çıxıb.


Lent.az xəbər verir ki, kardioloq German Qandelman şaurmanın bəzi müsbət tərəflərini açıqlayıb. 


Həkimin sözlərinə görə, insanlar arasında məşhur olan bu qidanın hazırlanmasında istifadə olunan maddələr insan orqanizmi üçün faydalıdır.

Qandelman xüsusilə, şaurmaya əlavə edilən tomat pastasının tərkibində antioksidant olan karotenoid qrupundan olan likopen maddəsinin prostat xərçənginin inkişafının qarşısını aldığına, eyni zamanda ürək-damar xəstəliklərinin qarşısının alınmasına kömək etdiyini bildirib.


Həmçinin, o qeyd edib ki, yeməyin büküldüyü pide çörəyinin də faydaları var. Belə ki, onun tərkibindəki manqan sayəsində şəkər xəstəliyinə tutulma riski də azalır.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma