Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Tramp Cənubi Karolinadakı ilkin seçkidə qalib gəlib
---

Tramp Cənubi Karolinadakı ilkin seçkidə qalib gəlib

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp bülletenlərin 90%-i işləndikdən sonra Cənubi Karolinada Respublikaçıların praymerizində (ilkin seçki) qalib gələrək 60% səs toplayıb.


Onun rəqibi, ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli isə hazırda səslərin 39,3%-ni alıb.


Heyli artıq məğlubiyyətini etiraf edib. Tərəfdarları qarşısında danışan qadın siyasətçi Trampı qələbəsi münasibətilə təbrik edib və 2011-2017-ci illərdə qubernator vəzifəsində çalışdığı ştatda məğlub olmasına baxmayaraq, yarışda qalacağına söz verib.

Qeyd edək ki, iyulun 15-də Viskonsin ştatının Miluoki şəhərində Respublikaçıların Milli Qurultayı keçiriləcək. Trampın lazımi sayda nümayəndə səsini, yəni 2429 səsdən 1215-ni artıq martın 12-dək qazanacağı proqnozlaşdırılır.(oxu.az)


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma