Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "Qəbir yerini 8-5 min manata deyir, bazardır?"
---

"Qəbir yerini 8-5 min manata deyir, bazardır?"

"Çılpaq" filmini çəkdim və orada da məni cəmiyyətdə narahat edən bir problemi lentə aldım. Bizdə xüsusən Bakı və Abşeron ərazisindəki qəbiristanlıqdakı yerlərin pulla satılması idi. Hər qəbiristanlıqda qiymətin olması məni çox narahat edirdi. Filmim birbaşa bununla bağlı idi".


May.az xəbər verir ki, bu sözləri aktyor-rejissor Hikmət Rəhimov "Göstərir radio" proqramında deyib. O, qəbir yerlərinin pulla satılmasına bu yolla etiraz etdiyini bildirib:


"Çox qəribə hadisələrlə rastlaşdım. Məsələn, gəlirsən qəbiristanlığa və deyirsən ki, ölüm var, dəfn etmək istəyirəm. Baxır və deyir ki, "8- 5 min manat". Bu qiyməti kim və nəyə əsasən tərtib edib? Qara gödəkçədə, papaqda çıxmısan insanların qarşısına və bu qiyməti deyirsən. Bazardır, yoxsa alverdir? Mən bunu bədii şəkildə filmə gətirdim. Çox təəssüf ki, ekran işi böyük ictimaiyyətə göstərilmədi. Mən də qərara aldım ki, bunu festivallarda nümayiş etdirim".


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma