Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Cavanşir Quliyev: "Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm"
---

Cavanşir Quliyev: "Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm"

"Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm. Bu müddət ərzində üç əməliyyat keçirdim, ürək, beyin və qarın boşluğunda əməliyyat oldum".


Oxu.Az xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Real TV-yə müsahibəsində deyib.


Bəstəkar Heydər Əliyev Fonduna və fondun Prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya ona göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib: "Burada əsas yardımın vaxtında edilməsi idi. Bu çətin vaxtda mənə dəstək olanlara minnətdaram".


Yaxın günlərdə müalicəsini bitirərək Bakıya dönəcəyini və fəaliyyəti ilə bağlı planlarının olduğunu bildirən C.Quliyev səhhəti barədə yayılan yalan informasiyalara da münasibət bildirib:


"Lütfən dedi-qodulara inanmayın. Xüsusən də insanların sağlamlığı ilə. Rəsmi xəbər hardasa var, yəni olmaya bilməz".

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma