Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Çeçenistandakı universitetə Putinin adı verildi - FOTO
---

Çeçenistandakı universitetə Putinin adı verildi - FOTO

Çeçenistandakı Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti ölkə Prezidenti Vladimir Putinin adını daşıyacaq.


Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün "Telegram" kanalında məlumat verib.


Kadırovun sözlərinə görə, mərkəzə Putinin adının verilməsi barədə qərar universitet yaranan vaxt verilib.


"Ona görə də mən rəsmi şəkildə bəyan edirəm ki, Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti zəmanəmizin ən müdrik, uzaqgörən və istedadlı liderinin - Vladimir Putinin adını daşıyacaq", - Kadırov bildirib.


Qeyd edək ki, Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universiteti Qudermesdə yerləşir. Universitet atəş, xüsusi taktika, hava-desant, dağ hazırlığı, həmçinin cangüdənlər və hərbi jurnalistlər üçün təlimlər kimi sahələri əhatə edir./Oxu.az
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma