Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » ABŞ-də bu mövsüm azı 16 min insan qripdən ölüb
---

ABŞ-də bu mövsüm azı 16 min insan qripdən ölüb

ABŞ-də bu il mövsümi qripdən azı 16 min nəfər ölüb.


"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin dərc etdiyi məlumatda deyilir.


ABŞ-nin bəzi ştatlarında mövsümi qripə yoluxma hallarında artım qeydə alınır. Ötən həftə qrip virusu səbəbindən uşaqlar arasında səkkiz ölüm hadisəsi baş verib. Mövsümün əvvəlindən isə həyatını itirən uşaqların sayı 82 nəfərə çatıb.


Son həftə ərzində 11 minə yaxın insan ağırlaşmış qrip diaqnozu ilə xəstəxanalara yerləşdirilib. ABŞ-ın səhiyyə xidmətləri hər kəsə illik qrip peyvəndi vurdurmağı tövsiyə edir.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma