Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Alzheymer riskini artıran metal bəlli oldu
---

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər.


Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib.


"Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfindən sübut edilib. Əlbəttə ki, bu metal xəstəliyin inkişafının yeganə və mütləq səbəbi deyil, ancaq xəstəliyi təhrik edən digər amilləri gücləndirə bilər", - həkim izah edib.


Alüminium reproduktiv, endokrin, sinir və ürək-damar sistemlərinin fəaliyyətini də poza bilər.
"Bu metalın duzları təkcə folqada deyil, diş pastalarında və dezodorantlarda da olur. Kosmetikada adətən təhlükəsiz bir doza istifadə olunur, lakin yenə də bu cür məhsullardan sui-istifadə etməmək lazımdır.


Siz həmçinin folqa və alüminium çörək qablarının istifadəsini minimuma endirməlisiniz", - deyə həkim bildirib.(oxu.az)
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma