Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Xalq artistinə Rusiyadan film təklifi - Baş rolda oynayacaq
---

Xalq artistinə Rusiyadan film təklifi - Baş rolda oynayacaq

Xalq artisti Naibə Allahverdiyeva Rusiyadan bədii filmə çəkilmək üçün dəvət alıb.


Lent.az-ın məlumatına görə, aktrisa bu filmdə baş rollardan birində, mistik gücləri olan qaraçı qadın rolunu oynayacaq. Rusiyalı rejissorlar Naibə Allahverdiyevanı aktyor agentliyinin vasitəsilə taparaq, dəvət ediblər. Görünür Naibə xanımın illər öncə oynadığı falçı qaraçı qadın obrazı unudulmaz təsir buraxıb.


Naibə xanım Lent.az-a bildirib ki, o bir dəfə də Rusiya istehsalı olan "Cənnətdən kuryer" bədii filmində çəkilib. "Öncədən danışmaq mənə düşmür. Ona görə, indidən bu barədə heç nə demək istəmirəm. Təklif var. Möhkəm qrip virusuna yaxalanmışam, hələlik sağalmaq üçün əlimdən gələni edirəm ",- o bildirib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma