Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » İlin sonunadək Türkiyə-Rusiya ticarət dövriyyəsinin gözlənilən həcmi açıqlanıb
---

İlin sonunadək Türkiyə-Rusiya ticarət dövriyyəsinin gözlənilən həcmi açıqlanıb

Cari ilin sonuna qədər Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi təxminən 56 milyard ABŞ dolları təşkil edə bilər.
"Report"un məlumatına görə, bu barədə jurnalistlərə Türkiyənin ticarət naziri, Türkiyə-Rusiya hökumətlərarası komissiyasının həmsədri Ömər Bolat bildirib.
"Bu il enerji sahəsində ticarət dövriyyəsi bir qədər azalıb, çünki bütün dünyada enerji məhsullarının və əmtəələrinin (birja mallarının - red.) qiymətləri ucuzlaşıb. Ötən il Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi rekord həddə - 68 milyard dollara çatıb. Pul ifadəsində ildə Türkiyədən 11 milyard dollara, Rusiyadan isə 46 milyard dollara, ümumilikdə təxminən 56 milyard dollara çata bilər", - o deyib.
Eyni zamanda, nazir qeyd edib ki, "ikitərəfli ticarətdə türk lirəsi və rublun istifadəsi artmaqdadır".
"Türkiyənin Rusiyaya türk lirəsi ilə ixracı təxminən 400 %, Türkiyənin Rusiyadan lirə ilə idxalı isə təxminən 150 %, rublla isə 260 % artıb", - Bolat vurğulayıb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma