Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » İsraildə türk malları boykot edildi
---

İsraildə türk malları boykot edildi

Yaxın Şərqdə davam edən müharibə ilə əlaqədar Türkiyə ilə İsrail arasında diplomatik münasibətlər daha da gərginləşib.


MAY.AZ xarici mənbəyə istinadən xəbər verir ki, Türkiyədə yaşayan vətəndaşlar İsrailin Qəzzaya hücumlarından sonra qidadan geyimə, təmizlik məhsullarından texnologiyaya qədər bir çox fərqli kateqoriyada İsrail mallarını boykot etməyə başlayıb.


İsrailin aparıcı supermarketləri Türkiyədəki boykotlara cavab olaraq türk mallarını öz bazarlarında satmamaq qərarına gəliblər.


Türkiyə son illərdə Çin, ABŞ, İsveçrə və Almaniyadan sonra beşinci yerdə olmaqla İsrailin ən çox idxal etdiyi ölkələrdən biri olub. 2019-cu ildən bəri hər il ikirəqəmli artım əldə edən Türkiyədən idxal rəqəmləri 2022-ci ildə 7 milyard dollara çatıb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma