Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Pandemiyanın yaşlı insanların beyin sağlamlığına TƏSİRİ
---

Pandemiyanın yaşlı insanların beyin sağlamlığına TƏSİRİ

Exeter Universiteti və London Kral Kollecinin alimləri COVID-19 pandemiyası səbəbindən 50 yaşdan yuxarı insanların idrak qabiliyyətlərinin pisləşdiyini müəyyən ediblər.


Lent.az xarici mediaya istinadla xəbər verir ki, alimlər 50-90 yaş arası üç mindən çox internet istifadəçisinin iştirak etdiyi onlayn araşdırma aparıblar. Subyektlərdən koqnitiv funksiyanı qiymətləndirmək üçün testdən keçmələri istənilib.


Nəticələrin təhlili göstərib ki, pandemiyanın ilk ilində koqnitiv tənəzzül sürəti xeyli sürətlənib. Alimlərin hesablamalarına görə, insanlarda oriyentasiya, yadda saxlamaq, məlumatın işlənməsi və təhlili bacarıqları 50 faiz daha tez pisləşməyə başlayıb.


Tədqiqatçılar bunun yaşlı insanların uzun müddət özünü təcrid etmələri ilə əlaqədar ola biləcəyini irəli sürüblər. Onlar daha az hərəkət edir, dostları və ailəsi ilə daha az ünsiyyət qurur, daha çox spirtli içki qəbul ediblər.


Tədqiqatın müəllifləri qeyd ediblər ki, belə şəraitdə yaşamaq yaşlı insanlarda demensiyaya tutulma riskini yüksək edir. Alimlər tövsiyə ediblər ki, 50 və daha yuxarı yaşda olan insanlar sağlamlıqlarında baş verən dəyişiklikləri diqqətlə izləyib və koqnitiv pozğunluqlar olduqda həkimə müraciət etsinlər.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma