Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Lalə Brilliantla aralarında yaşananlardan danışdı
---

Lalə Brilliantla aralarında yaşananlardan danışdı

Əməkdar artist Lalə Məmmədova Xalq artisti Brilliant Dadaşova ilə barışmalarını tənqid edənlərə cavab verib.


Axşam.az xəbər verir ki, müğənni bu haqda "Günaydın, Azərbaycan" verilişində bəhs edib. Lalə illər əvvəl aralarındakı incikliyə səbəb olanları açıqlayıb:


"Yaxın insanlar arasında küsmək olur. Amma bizim aramızda bu da olmamışdı. Sadəcə, söz-söhbətə son qoymaq üçün bu addımı atdım. Gənc yaşlarımızda danışır, kiminsə xətrinə dəyə bilirik. Məndən asılı olmayan bir şeydir ki, görünüşcə Briliant Dadaşovaya bənzəmişəm. Buarda mənim günhım olmayıb. Bir dəfə başqa müğənnilərin adını çəkib Brilliant xanımın adını çəkməmişdim. Haqqı olduğu kimi də incidi.


Barışıq görüntülərini yaymağa tələsdilər. Əgər addımım piar olsaydı, videonu özüm paylaşardım. Tələsik montaj edib yayıblar. Biz sonra oynadıq da, oxuduq da. Brilliant Dadaşovanın reaksiyası normal idi. Yazılan şərhlərə görə Brilliant xanımın da adına üzüldüm".


Qeyd edək ki, Lalə Brilliantın ad gününə gedərək ona barışıq addəmə atıb. Dadaşovanın bu addımı soyuq qarşıladığı görüntülər tənqid edilib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma