Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Gülbahar Şükürlü xəstəxanaya yerləşdirilib
---

Gülbahar Şükürlü xəstəxanaya yerləşdirilib

Əməkdar artist Gülbahar Şükürlü xəstəxanaya yerləşdirilib.


Axşam.az-ın əldə etdiyi məlumata görə, qarmon ifaçısının səhhətində yenidən problem yaranıb. O, artıq bir neçə gündür xəstəxanadadır.


G.Şükürlünün telefonuna cavab verən və özünü onun yaxını kimi təqdim edən xanım Axşam.az-a açıqlamasında "Hazırda vəziyyəti yaxşıdır. Belə getsə, xəstəxanadan evə buraxılacaq. Müalicəsi davam edir" sözlərini söyləyib.


Qeyd edək ki, aparıcı Elgiz Əkbər G.Şükürlünün başında yenidən şiş aşkarlandığını açıqlamışdı. Musiqiçi saytımıza açıqlamasında şişin xoşxassəli olduğunu, həkimlərin əməliyyata ehtiyac olmadığını deyib.


Xatırladaq ki, bir neçə il əvvəl G.Şükürlünün beynində şiş aşkarlanmış və əməliyyat olunmuşdu.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma