Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Fransada yəhudi evlərini işarələməyə başladılar - FOTO
---

Fransada yəhudi evlərini işarələməyə başladılar - FOTO

Fransa paytaxtı Parisdə, eləcə də şəhərətrafı Sent-Uen və Obervil kommunalarında yəhudi ailələrinin yaşadığı evləri işarələməyə və Davudun ulduzu simvolunu çəkməyə başlayıblar.


Simvollar divarlara sprey boya və trafaretlər vasitəsilə çəkilir. Bir neçə tikilidə, o cümlədən Sen-Deni departamentindəki yaşayış binalarında bu cür işarələr peyda olub.


Sent-Uen şəhərinin meri Karim Buamran bu antisemit hərəkətləri pisləyib və evində Davud ulduzu çəkilən ailəni dəstəkləyib. Şəhər xidmətləri operativ şəkildə divarlardan dini simvolun silinməsinə başlayıblar.


"Bu aktla bağlı məlumat prokurora yönləndirilib. Bunu çəkənlər tapılmalı və ədalət məhkəməsi tərəfindən sərt şəkildə cəzalandırılmalıdırlar", - deyə meriyanın "X" sosial şəbəkəsindəki rəsmi hesabında dərc olunan kommünikedə bildirilib.


Həmçinin, Paris merinin müavini Antuan Qiyu belə hərəkətlərin qəbuledilməz və ləyaqətsiz olduğunu bildirib, bununla bağlı şəhər prefekturası ilə əlaqə saxladığını nəzərə çatdırıb.


Qeyd edək ki, daha əvvəl Davud ulduzları Almaniyanın qərbindəki Dortmund şəhərində yəhudilərin yaşadıqları bəzi evlərdə görünməyə başlayıb. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisələrlə bağlı araşdırmalara başlanılıb./Oxu.az





Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma