Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Ərdoğan: "Yeni əsr Türkiyə əsri olacaq"
---

Ərdoğan: "Yeni əsr Türkiyə əsri olacaq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyətin elan edilməsinin 100-cü ildönümü münasibətilə xalqa müraciətində yeni əsri "Türkiyə əsri" adlandırıb.


"1923-cü il oktyabrın 29-da elan etdiyimiz Cümhuriyyət bu gün birinci əsrini başa vuraraq "Türkiyə yüzilliyi" adlandırdığımız ikinci əsrinə qədəm qoyur. Türkiyə bu gün regionda və dünyada ehtiyacı olan hər kəsə yardım edən bir ölkədir: Qafqazdan Asiyaya, Türküstandan Fələstinə qədər. Harada məzlum və möhtac insan varsa, Türkiyə onun köməyinə gələcək", - deyə Ərdoğan bildirib.


O xatırladıb ki, şənbə günü İstanbulda keçirilən Fələstinə dəstək aksiyasında 1,5 milyona yaxın insan iştirak edib.
"Böyük Fələstin mitinqi bizim Fələstinə dəstəyimizin bir hissəsi idi. Heç kim buna qarışa bilməz", - deyə Ərdoğan əlavə edib.(oxu.az)
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma