Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Məşhur aktyor vəfat etdi
---

Məşhur aktyor vəfat etdi

"Dostlar" serialının ulduzu Metyu Perri 55 yaşında vəfat edib.


Bu barədə TMZ portalı məlumat yayıb.


Aktyorun meyiti oktyabrın 28-də Kaliforniyadakı evində tapılıb. Mənbələrin məlumatına görə, oktyabrın 28-də aktyorun ürəyinin dayanması ilə bağlı təcili tibbi yardım xidmətinə zəng daxil olub.


Hadisə yerində narkotik tapılmayıb. Əvvəllər Perri açıq şəkildə etiraf edib ki, serial çəkilişləri zamanı narkotik asılılığından əziyyət çəkirmiş.
Qeyd edək ki, 15 yaşında olarkən Perri aktyorluq etmək üçün Ottavadan Los-Ancelesə köçür. Bir neçə seriallarda kiçik rollarda və qonaq aktyor kimi oynayır. Daha sonra, 1994-cü ildə ABŞ sitkomu "Dostlar" serialında oynamağa başlayır. Serial olduqca uğurlu alınır və aktyorların hər birinin şöhrətini artırır.


İlk mövsümdə, baş rol ifaçıları bir seriya üçün 22,5 min dollar, üçüncü mövsümdə 75 min dollar qazandılar, 9 və 10-cu mövsümlərdə hər bölüm üçün gəlirləri 1 milyon dollara qədər yüksəlir.(oxu.az)
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma