Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Adnan Oktar qızları necə tələyə salır? Bu seriallarda göstərilir
---

Adnan Oktar qızları necə tələyə salır? Bu seriallarda göstərilir

"Ömer" və "BamBaşka Biri" serialında Adnan Oktarın cinayət təşkilatının qız toplama komandası müzakirə olunub.


BiG.AZ türk mediasına istınadən xəbər verir ki, "kedicik" sənədli filmi ilə yenidən gündəmə gələn qız gətirmə komandası seriallara da mövzu olub. Star TV-də yayımlanan "Ömer" və FOX TV-də yayımlanan "BamBaşka Biri" seriallarında Adnan Oktar cinayət təşkilatının qız uşaqlarını alış-veriş mərkəzlərinə gətirmək əməliyyatı əks olunub.


Serialın yeni bölümlərində Oktar komandasından olan kişilərin ticarət mərkəzinə gedərək qadınları aldatmağa çalışması səhnəsi əks olunub. "Ömer" serialında Oktar komandasının üzvü olmaqla qadınları aldatmağa çalışan Atilla obrazını uğurlu aktyor Bora Cengiz canlandırıb.


Adnan Oktarın komandasındakı kişilər alış-veriş mərkəzlərində arxasınca getdikləri gənc və dəbdəbəli gənc qızlara yaxınlaşaraq kartlarını verir. Etibarını qazandıqları bu qızlarla romantik münasibət qurduqları və son olaraq onları "Hoca" ləqəbli Oktara təqdim etdikləri iddia edildi. Bu məsələ "Kedicik" sənədli filmində ətraflı izah edilmişdir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma