Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Qolbaq kimi taxıla bilən telefon
---

Qolbaq kimi taxıla bilən telefon

"Motorola" şirkəti bilərzik kimi taxıla bilən smartfon konseptini nümayiş etdirib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, cihaz çevik displey və korpusa malikdir. Onu əymək və qolbaq kimi istifadə etmək üçün biləyə taxmaq mümkündür. Cihaz demək olar ki, istənilən bucaqda əyilə bilən 6,9 düymlük POLED displeyə sahibdir.
Mövqedən asılı olaraq təqdim olunan cihaz displeydəki məlumatları uyğunlaşdırır. Beləliklə, əlinizə telefon alsanız, "Motorola" cihazı kompakt vidjetləri göstərəcək. Bu daha çox ağıllı saatları xatırladır. Qadcet maqnit kəmərindən istifadə edərək biləkdə saxlanılır.
"İllərdir ki, "Motorola" innovasiyaların önündədir və istehlakçılara mənalı və düşünülmüş təcrübələr təqdim etmək öhdəliyi dəyişməz olaraq qalır", - şirkət bildirib.



Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma