Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Tarixi tamamilə dəyişdirəcək tapıntı! İlk qadın fironun 5 min illik məzarı tapıldı - MARAQLI ARAŞDIRMA - FOTOLAR
---

Tarixi tamamilə dəyişdirəcək tapıntı! İlk qadın fironun 5 min illik məzarı tapıldı - MARAQLI ARAŞDIRMA - FOTOLAR

Arxeoloqlar 5 min il əvvəl Misirə hökmranlıq edən ilk qadın fironun məzarını kəşf ediblər.


BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, Orta Misirdə yerləşən bu məqbərənin unudulmuş qadın firon Meret-Neithin son istirahət yeri ola biləcəyinə inanılır. Meret-Neith, əri King Djet və oğlu King Den ilə birlikdə qədim Misirin ilk sülaləsinin hökmdarlarından biri idi.


Ancaq son qazıntılar göstərir ki, qadın son dərəcə güclü bir hökmdar olub. Əgər bu doğrudursa, Meret-Neit qədim Misirin ilk qadın hökmdarı ola bilər. Ancaq bəzi ekspertlər bu nəzəriyyəni şübhə altına alırlar. Çünki bu dövrdə qadınlar və qızlar ümumiyyətlə kral varisləri hesab edilmirdilər.


Lakin onun məzarı şah fiqurlarına uyğun tikildiyi üçün onun nüfuzlu şəxs olduğu təxmin edilir. Qəbirdəki zəngin əşyalar, məsələn, möhürlənmiş yüzlərlə şərab qabı onun yüksək səlahiyyət sahibi olduğunu göstərir.


Bu qablar üzüm toxumu ilə doldurulub və bəziləri çox yaxşı qorunub. Bu qablar indiyə qədər tapılmış şərabın ən qədim sübutlarından biri hesab olunur. Bu mühüm kəşf Vyana Universitetindən Kristiana Köhlerin başçılıq etdiyi arxeoloqlar qrupu tərəfindən edilib.


Tədqiqatçının fikrinə görə, türbədən çıxarılan şərab artıq maye halında olmadığından onun qırmızı yaxud ağ olduğunu demək mümkün deyil: "Amma biz üzvi qalıqlar, üzüm toxumları və bəlkə də tartar kimi kristallar tapdıq və bunların hamısı indi elmi olaraq təhlil edilir" deyə fikrini tamamlayıb.




Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma