Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Uzun müddət sonra Azərbaycana qayıtdı
---

Uzun müddət sonra Azərbaycana qayıtdı

Müğənni Fədayə Laçın uzun müddətdən sonra Azərbaycana gəlib.


Axşam.az xəbər verir ki, bu haqda sənətçi hava limanında açdığı canlı yayım zamanı bildirib. Fədayə bildirib ki, Azərbaycana toy üçün gəlib:


"Hazırda hava limanındayam, Azərbaycana gəlirəm. Üç gün Vətəndə olacağam. Gəlməyimin səbəbi isə Oğuz rayonunun Muxas kəndində keçirilən toyla əlaqədardır. Məclisdə çıxış edəcəyəm. Çox güman ki, axşam saatlarında başlayan toy səhərə kimi davam edəcək. Bu isə o deməkdir ki, səhərə qədər oxuyacağam və çox yoruğun olacağam. Oktyabrın 24-də isə Moskvaya geri qayıdacağam".


Fədayə verilişlərə dəvət aldığını da qeyd edib. İfaçı daha sonra xeyli çəki almasından bəhs edib:


"Yaman kökəlmişəm. 55 kiloqram çəkim vardı. İndi isə 65 kiloqramam. Kökəlmək yaxşı bir şey deyil. İnsan özünü narahat hiss edir. Əslində mənə çox arıq olmaqda yaraşmır".


Qeyd edək ki, Fədayə uzun müddətdir Rusiyada yaşayır.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma