Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » İsrail ərazisi Qəzzadan atəşə tutuldu - Ölən var - Yenilənib
---

İsrail ərazisi Qəzzadan atəşə tutuldu - Ölən var - Yenilənib

"Qəzza zolağından olan fələstinli radikallar bu gün səhər İsrail ərazisini raket atəşinə tutublar".
"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun Mətbuat xidməti yayıb.
Ölkənin cənub və mərkəzi rayonlarının sakinlərinə təhlükəsiz yerlərdə qalmaq tövsiyə edilib.
"Kan" radiosunun yaydığı məlumata görə isə, atəş nəticəsində İsrailin cənubunda yaşayan 70 yaşlı qadın həlak olub. Raketlərdən birinin qadının evinə düşdüyü bildirilir.
***
"İnterfaks"ın məlumatına görə, İsrail ordusu raket atəşləri fonunda müharibəyə hazır olduğunu bəyan edib: "İsrail ordusu Qəzzadan genişmiqyaslı raket atəşinə tutulub. Terrorçular müxtəlif giriş məntəqələrindən ölkə ərazisinə daxil olub".
İsrailin müdafiə naziri Yoav Qalant yaranmış vəziyyətlə əlaqədar olaraq ehtiyatda olan hərbçilərin kütləvi olaraq ordu sıralarına çağırıldığını elan edib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma