Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Baş nazir MÜHÜM QƏRARA imza atdı
---

Baş nazir MÜHÜM QƏRARA imza atdı

Nazirlər Kabineti Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası və formasının təsdiq edilməsi haqqında qərar qəbul edib.
Musavat.com xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, "Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası", eləcə də "Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın forması" təsdiqlənib.
Energetika Nazirliyi beynəlxalq təcrübə nəzərə alınmaqla, bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın elektron qaydada verilməsinin təşkili məqsədilə zəruri tədbirlər görməlidir.
Qərarda dəyişiklik ölkə Prezidentinin 24 fevral 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"yə uyğun edilə bilər.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma